» » Salyanda ferma yandı

Salyanda ferma yandı

Bölmə: Xəbər
Salyanda ferma yandı

Salyanda yanğın hadisəsi qeydə alınıb.

ans press-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə Salyan rayonu, Yenikənd kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 390 kv.m olan fermada qeydə alınıb.

Fermanın dam örtüyü yanıb.

Yanğın nəticəsində fermanın içərisində olan 9 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Fermanın qalan hissəsi və fermada olan 27 baş iribuynuzlu heyvan yanğından mühafizə olunub.

Yanğın saat 23:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler