» » “Bütün məsələləri açıb deyəcəyəm” –

“Bütün məsələləri açıb deyəcəyəm” – Xoşqədəm Hidayətqızı danışdı

Bölmə: Xəbər, BLOK XƏBƏR
“Bütün məsələləri açıb deyəcəyəm” –Tanınmış jurnalist, “Səni Axtarıram” layihəsinin rəhbəri Xoşqədəm Hidayətqızı bu gün mətbuat konfransı keçirəcək.

Xalqinfo.az bildirir ki, bu barədə o, aznews.az-a açıqlamasında deyib.

Bildirib ki, mətbuat konfransında son olaylarla bağlı bütün məsələlərə aydınlıq gətirəcək.

“Bir neçə saat sonra bəzi mətbuat orqanlarının iştirakı ilə mətbuat konfransı keçirəcəyik. Son olaylarla bağlı haqqımda bəzi iftiralar, həqiqətə uyğun olmayan məlumatlar yazıldı. Bu informasiyalar nə insanlığa, nə də jurnalistikaya yaraşır. Bugünkü konfransda bütün bu suallara aydınlıq gətirəcəyəm, qaranlıq məqamları açıqlayacağam”.

Qeyd edək ki, bir neçə gündür ki, Xoşqədəm Hidayətqızının ATV-dən ayrılması ilə bağlı bir-birini təkzib edən məlumatlar yayılıb. Onun “Səni axtarıram” verilişini ANS-də davam etdirəcəyi deyilir. Bundan əlavə, onun ATV-dən uzaqlaşdırılması ilə bağlı bir neçə versiya da irəli sürülüb. Onların arasında Xoşqədəm Hidayətqızının nüfuzuna xələl gətirən məqamlar da var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler