» » Bakıda dəhşətli avtobus qəzası:


Bakıda dəhşətli avtobus qəzası: 4 ölü - YENİLƏNİB

Bölmə: Xəbər, BLOK XƏBƏR
Bakıda dəhşətli avtobus qəzası: Bakının Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.

Xalqinfo.az bildirir ki, apa-nın məlumatına görə, qəza Sabunçu-Zabrat yolunun Balaxanı qəsəbəsinə dönən hissəsində qeydə alınıb.

1990-cı təvəllüdlü Elçin İlqar oğlu Orucovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "105" saylı sərnişin avtobusu toqquşub. Nəticədə sürücü də daxil olmaqla hələlik kimliyi müəyyən edilməyən 3 nəfər hadisə yerində ölüb. Daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qəza zamanı minik maşını deformasiyaya uğradığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşları cəlb olunublar. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə minik maşınında sıxılmış vəziyyətdə qalan cəsədləri çıxarıblar.

Qəzadan sonra Sabunçu-Zabrat yolunun bu hissəsində qısa müddətlik tıxac yaranıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə ilə bağlı məlumat yayıb.

Nazirliyin saytında verilən məlumata görə, Sabunçu rayonunda “İVECO” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb.. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq, aidiyyətı üzrə təhvil veriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler