» » Bakıda supermarketə soxulan şəxs yaxalandı

Bakıda supermarketə soxulan şəxs yaxalandı

Bölmə: Xəbər
Bakıda supermarketə soxulan şəxs yaxalandıBakıda oğurluğa cəhd edən şəxs tutulub. lent.az-ın Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə istinadən məlumatına görə, aprelin 8-də saat 06:09 radələrində, Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları rayonun N.Tusi küçəsində yerləşən “Araz” market mağazasından daxil olmuş “həyəcan” siqnalını yoxlayıb. Bu zaman məlum olub ki, naməlum şəxs obyektin yan qapısına müdaxilə etməklə oğurluğa cəhd edir. Hələlik şəxsiyyəti müəyyən edilməyən həmin şəxs obyektin daxilində saxlanılıb və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı Xətai RPİ-nin 35-ci PB-də araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler