» » Azərbaycanlı milyarder Xəzərə

Azərbaycanlı milyarder Xəzərə 350 milyard ayırır

Bölmə: Xəbər
Azərbaycanlı milyarder Xəzərə

"LUKoil" neft şirkəti Xəzər dənizinin şimalında yataqların təchiz olunması və kəşfiyyatı üçün 350 milyard rubl (6745 milyon manat) dəyərində intestisiya yatırmaqda maraqlıdır.
Barədə “LUKoil-Nijnevoljkneft”şirkətinin direktoru Nikolay Lyaşko açıqlama verib. Onun sözlərinə görə, "LUKoil" şirkəti Xəzər dənizinin şimalında yataqların kompleks şəkildə mənimsənilməsi sisteminin hazırlayıb.
"Bura 25 platforma daxildir. Bu platformalarda görüləcək işlər üçün 350 milyard rubldan artıq sərmayə yatırılacaq" - deyə Lyaşko bildirib.
O bildirib ki, şirkət Xəzər dənizinin Rusiya hissəsini kompleks şəkildə araşdırıb və 21 quyu qazılıb.
Qeyd edək ki, "LUKoil" neft şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur (ANS PRESS).

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler