» » BSU-da universitetin 15 illiyinə həsr olunmuş

BSU-da universitetin 15 illiyinə həsr olunmuş “Yaradıcılıq” müsabiqəsi keçirilib

Bölmə: Xəbər
BSU-da universitetin 15 illiyinə həsr olunmuş

Xalqinfo.az -a daxil olan məlumata görə BSU-da universitetin 15 illiyinə həsr olunmuş “Yaradıcılıq” müsabiqəsi keçirilib.
Aprel ayının 3-də Bakı Slavyan Universitetində “Kölgə” Kabinetinin təşkilatçılığı ilə BSU-nun 15 illiyinə həsr olunmuş şeir müsabiqəsinin final mərhələsi keçirilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, Kölgə Kabinetinin üzvü, Jurnalistika və Azərbaycan Filologiyası fakültəsinin “xəlifə” dekanı Aydan İsmayılova müsabiqənin tarixindən danışıb, müsabiqənin yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib. Müsabiqənin məqsədi yeniyetmələrin yaradıcılıq fəaliyyətinə cəlb olunmasının onların təhsildə motivasiyasının artırılmasına xidmət etdiyini və gələcək həyat yolunun seçilməsində vacib amil olduğunu göstərməkdir. Daha sonra söz münsiflər heyətinə verilib. On beş iştirakçının öz şeirlərini səsləndirdiyi müsabiqənin final mərhələsində müvafiq olaraq birinci, ikinci, üçüncü yerləri “Qeyrətim oyan” şeiriliylə Ülkər Piriyeva, “Ana” şeiriylə Əbülfəz Kərimov və “Gözümün qarası” qəzəliylə Habil Qüdrətli tutub. Qeyd edək ki, Ülkər Piriyeva İnnovasiya və Texnologiya üzrə rektor müşavirliyinin üzvüdür.Sonda çıxış edən Bakı Slavyan Universitetinin prorektoru Prof. Telman Cəfərov tələbələrin bu müsabiqədə iştirakının təqdirləlayiq olduğunu bildirib, gələcək işlərində onlara uğurlar arzulayıb. Müsabiqənin sonunda qaliblər hədiyyələr və diplomlarla, digər on iki iştirakçı isə sertifikatlarla mükafatlandırılıb.

BSU-da universitetin 15 illiyinə həsr olunmuş
BSU-da universitetin 15 illiyinə həsr olunmuş
BSU-da universitetin 15 illiyinə həsr olunmuş

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler