» » Türkiyə təyyarəsi quş qatarı ilə toqquşub

Türkiyə təyyarəsi quş qatarı ilə toqquşub

Bölmə: Xəbər
Türkiyə təyyarəsi quş qatarı ilə toqquşub
Türk Hava Yollarına (THY) məxsus təyyarələrdən biri yüngül qəza keçirib.

anspress-in məlumatına görə, THY-nin TK-2326 nömrəli A-330 tipli sərnişin təyyarəsi ötən gün axşam saatlarında İstanbuldan İzmir istiqamətinə uçarkən problemlə üzləşib. Atatürk hava limanından səmaya qalxan təyyarə bir müddət sonra böyük bir quş sürüsü ilə toqquşub.

İçərisində 250 sərnişin olan təyyarədə qısa müddətlik qorxu dolu anlar yaşanıb. Pilot dərhal hava limanına xəbər verərək, texniki nasazlıqla üzləşdiyi üçün geri qayıtmalı olduğunu deyib.

Çox keçmədən təyyarə Atatürk hava limanına eniş edib. Sərnişinlər çıxarıldıqdan sonra təyyarə anqara aparılıb.

Təyyarəyə baxış zamanı müəyyən edilib ki, sağ mühərrikə zərər dəyib. Həmin təlaş keçirən sərnişinlər isə növbəti saatda başqa bir təyyarə ilə səfərlərini reallaşdırıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler