» » Bağdadi alman qızla evləndi

Bağdadi alman qızla evləndi

Bölmə: Xəbər
Bağdadi alman qızla evləndi
İŞİD terrorçu qruplaşmasının lideri Əbu Bəkr Əl Bağdadi bu yaxınlarda İraqa qaçmış gənc alman qızla evlənib.

ans press-in məlumatına görə, İraqın "Əs Sümariyə" telekanalının Naynav vilayət administrasiyasındakı mənbəyə istinadən yaydığı məlumata görə, Bağdadi Almaniya vətəndaşı ilə izdivacını yüksək məxfilik və təhlükəsizlik tədbirləri şəraitində ekstremistlərin tutuduğu Mosul şəhərində, məhkəmə kargüzarlığı şöbəsində qeydiyyatdan keçirib.

Nigahdan sonra İŞİD liderinin yeni həyat yoldaşı ilə birgə İraqda qaldığı və ya qonşu Suriyaya getdiyi bəlli deyil.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl Almaniya kəşfiyyat idarəsi son aylar ərzində Almaniyadan 70-dən çox qadının İŞİD ekstrimistlərinə qoşulmaq üçün Suriya və İraqa qaçdığı xəbərini yaymışdı. Həmin qızlardan yarısı 25 yaşdan aşağıdır. Qaçan almanlardan doqquzunun isə heç yetkinlik yaşına çatmadığı bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler