Müəllimlər martdan etibarən maaşlarını artımla alacaqBölmə: Xəbər
Mart ayından etibarən Bakı şəhərinin məktəblərində çalışan müəllimlər əmək haqlarını artımla əldə edəcəklər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, müəllimlər mart ayının maaşını artımla birlikdə alacaqlar. Müəllimlər eyni zamanda yanvar və fevral ayları üçün artımla əlaqədar yaranan fərqi də mart ayının maaşı ilə birlikdə alacaqlar. Qeyd olunub ki, ölkə başçısının sərəncamına əsasən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması barədə qərar qəbul edilib. Sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb. Sənədlər paketi Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq hökumətə təqdim edilib. Artıq həmin sənədlər Nazirlər Kabineti tərəfindən təsdiq edilib. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|