» » Qaradağda gəmi yandı

Qaradağda gəmi yandı

Bölmə: Xəbər
Qaradağda gəmi yandı
Gecə saatlarında bir sıra yanğın hadisələri qeydə alınıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, yanğınlardan biri Quba rayonunda baş verib. Rayonun Xucbala kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli mansard tipli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə və mansardın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın Bakı şəhərində qeydə alınıb. Paytaxtın Sabunçu rayonunda vətəndaşa ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Qaradağ rayonunda isə kəsilməkdə olan ümumi sahəsi 3000 kv.m gəminin göyərtəsi, gəminin idarəetmə otağı və kayutaların yanar konstruksiyaları 300 kv.m sahədə yanıb. Gəminin qalan hissəsi və yaxınlıqdakı digər gəmilər yanğından mühafizə olunub. Yanğın saat 07:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler