» » Qəzaya düşən təyyarənin ikinci "qara qutusu" tapıldı

Qəzaya düşən təyyarənin ikinci "qara qutusu" tapıldı

Bölmə: Xəbər
Qəzaya düşən təyyarənin ikinci "qara qutusu" tapıldı
Fransada qəzaya uğramış təyyarənin ikinci "qara qutusu" tapılıb.

ans press-in məlumata görə, bunu Fransa prezidenti Fransua Olland deyib.

O, Almaniya kansleri Angela Merkel və İspaniyanın baş naziri Mariano Rahoy Breylə birgə keçirilən mətbuat konfransında qeyd edib ki, ötən gün Fransanın cənubunda qəzaya uğramış "Airbus A320" təyyarəsinin ikinci registratorunun korpusu aşkar edilib.

Xatırladaq ki, "Germanwings" aviaşirkətinin "Airbus A320" tipli təyyarəsi çərşənbə axşamı Alp dağlarında qəzaya uğrayıb. Son məlumatlara görə, Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 nəfər həlak olub. Təyyarədə Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler