» » Zakir Həsənovdan hospitaldakı əsgərlərə bayram sovqatı

Zakir Həsənovdan hospitaldakı əsgərlərə bayram sovqatı

Bölmə: Xəbər
Zakir Həsənovdan hospitaldakı əsgərlərə bayram sovqatı
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.


“qafqazinfo” nazirliyin saytına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanışlıq olub, yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkilib. Z.Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi hospitalda müalicə alan əsgər və zabitlərin səhhətləri ilə maraqlanıb, onları bayram münasibətilə təbrik edib.

Müdafiə naziri adından hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler