» » Rüşvətdə almaqda təqsirli bilinən dekanın həbs müddəti azaldıldı

Rüşvətdə almaqda təqsirli bilinən dekanın həbs müddəti azaldıldı

Bölmə: Xəbər, Kriminal
Rüşvətdə almaqda təqsirli bilinən dekanın həbs müddəti azaldıldı

Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Universitetinin tibb fakültəsinin dekanı olmuş Xudayar Həsənovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan olunub.

Qərara görə, Xudayar Həsənovun apelyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Xudayar Həsənovun cəzası 2 ilə endirilib.

Qeyd edək ki, Xudayar Həsənov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olma ), 311.3.1, 311.3.2, və 311.3.3 (rüşvət alma ) maddələri ilə ittiham edilib. İttihama görə, o, universitetin rektoru və digər məsul şəxslərlə əlbir olub.

Onlar TQDK-nın xətti ilə imtahan verərək ali məktəblərə qəbul oluna bilməyən abituriyentlerin valideynlərindən külli miqdarda rüşvət alıblar. Bunun müqabilində həmin şəxslərin Dağıstan Respublikasının Mahaçqala şəhərində yerləşən Maliyyə və Hüquq İnsitutunda, Dərbənd şəhər S.Stalski adına Açıq Sosial Universitətində və Dərbənd Humanitar İnstitutunda təhsil almaları haqda arayışlar hazırlayıblar. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xudayar Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Xudayar Həsənov məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan Xudayar Həsənov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler