» » Milli Məclis sanksiyaların sərtləşdirilməsini müzakirə etdi

Milli Məclis sanksiyaların sərtləşdirilməsini müzakirə etdi

Bölmə: Xəbər, KİTAB ALƏMİ, MANŞET
Milli Məclis sanksiyaların sərtləşdirilməsini müzakirə etdiMilli Məclisdə “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun layihəsi müzakirəyə çıxarılıb.

Xalqinfo.az-ın məlumatına görə, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib.

O bildirib ki, yeni dəyişikliyə əsasən dövlət sirrini yayanlara qarşı sanksiyalar sərtləşdirilir: “Mövcud variant 2 ildən 5 ilədək və 3 ildən 7 ilədək idi. Dəyişikliyə əsasən, bu müddətlər bir il daha artırılır. Təklif olunan dəyişikliklər Dövlət sirri haqqında qanunvericiliyi təkmilləşdirməyə imkan verir. Hesab edirəm ki, müstəqilliyimizin bu məqamında dövlət sirrini yaymağa görə sanksiyaların sərtləşdirilməsi məqsədə müvafiqdir”, - deyə Əli Hüseynli vurğulayıb.

Qeyd edək ki, “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun layihəsi səsə qoyularaq qəbul edilib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler