» » Xəzərin statusu ilə bağlı məsələlər

Xəzərin statusu ilə bağlı məsələlər həll edilir

Bölmə: Xəbər, BLOK XƏBƏR
Xəzərin statusu ilə bağlı məsələlər İranın xarici işlər nazirinin müavini İbrahim Rahimpour Xəzər dənizinin hüquqi statusu ilə bağlı nikbin açıqlama verib.

ANS PRESS-in "TASS"a istinadla verdiyi məlumata görə, o deyib ki, məsələ Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitində həllini tapa bilər: "Martın 5-də işçi qrupunun toplantısında tərəflər Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə tam razılıq əldə ediblər. Bu, məsələnin yaxın gələcəkdə həlli üçün zəmin yaradır."

Onun sözlərinə görə, Astana sammiti Xəzəryanı ölkə başçılarının son görüşü olmayacaq. Çünki əməkdaşlıq yalnız Konvensiyanın imzalanması ilə məhdudlaşdırıla bilməz. Konvensiya imzalanandan sonra müxtəlif sahələr üzrə əməkdaşlığın yeni mərhələsi başlanacaq.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov da bildirib ki, bütün tərəflər anlaşmaya yaxındır. Biz Xəzər dənizinin statusuna aid problem kimi qalan məsələlərlə bağlı koordinasiyanı qısa müddətdə başa çatdıracaağıq."

Rusiya, Qazaxıstan və Türkmənistan hüquqi statusla bağlı razılaşma ilə bağlı fikir səsləndirməyiblər.

Xatırladaq ki, dövlət başçılarının növbəti sammitinin bu il Qazaxıstan paytaxtı Astanada keçirilməsi nəzərdə tutulur. Azərbaycan və İran ümid edir ki, Xəzərin statusu ilə bağlı Konvensiya həmin sammitdə imzalanacaq. Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan 20 ildir Xəzərin statusunu müzakirə edir.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler