» » ATV-ın aparıcısı ADU-da açıq

ATV-ın aparıcısı ADU-da açıq dərsdə oldu-Foto

Bölmə: Xəbər
ATV-ın aparıcısı ADU-da açıq Martın 6-da Azərbaycan Dillər Universitetində universitetin Azərbaycan dili və Ədəbiyyatı kafedrasının müəllimi Nərgiz Qurbanovanın Filologiya və Jurnalistika fakültəsinin “Jurnalistika” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə tədris etdiyi “Mətbuat tarixi” fənnində qonaq olan Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının aparıcısı Lalə Azərtaş tələbələrə açıq dərs keçdi.
Aparıcı Lalə Azərtaş tələbələri salamlayaraq məzunu olduğu Azərbaycan Dillər Universitetinin ona doğma olduğunu qeyd etdi. O, televiziyada aparıcı olmaq üçün tələbələrin universitet zamanından mütaliə ilə məşğul olmalarını, qəzetlərdən informasiya toplamalı olduqlarını bildirdi. Lalə Azərtaş aparıcının Azərbaycan dilini mükəmməl şəkildə bilməli olduğunu, xəbər hazırlayarkən diqqətli və həmin xəbər haqqında məlumatlı olmağını, xəbərə inanmağı və tamaşaçıya peşəkar şəkildə çatırmalı olduğunu dedi.
Xalqinfo.az bildirir ki,açıq dərsdə iştirak edən Azəraycan dili və Ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva bu görüşlərin əhəmiyyətli olduğunu qeyd etdi. O, bu görüşdən
sonra tələbələrin jurnalistika sahəsinə olan marağının və həvəsinin daha da artacağını vurğuladı.
Dərs sual-cavab şəklində davam etdi.
Mənbə
hamar.az

ATV-ın aparıcısı ADU-da açıq
ATV-ın aparıcısı ADU-da açıq
ATV-ın aparıcısı ADU-da açıq
ATV-ın aparıcısı ADU-da açıq


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler