» » Hər 4 müəllimdən 3-ü qadındı

Hər 4 müəllimdən 3-ü qadındı

Bölmə: Xəbər
Hər 4 müəllimdən 3-ü qadındıÜmumilikdə ölkənin 52 ali təhsil müəssisəsində (bunlardan 37-si dövlət, 15-i özəl təhsil müəssisəsidir) bakalavr pilləsində 151 274 nəfər təhsil alır və onların 73 195 nəfəri qızlardır.

"Təhsil sistemində gender stereotiplərinin dəyişməsi, gender bərabərliyi üzrə məqsədyönlü tədbirlərin nəticəsi olaraq texniki profilli ali təhsil müəssisələrində təhsil alan tələbələrin son iki il üzrə statistik göstəricilərinə əsasən, qızların sayında az da olsa, artım var". İslamazeri.az "Report"a istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Onun sözlərinə görə, texniki profilli ali təhsil müəssisələrində magistratura təhsili səviyyəsi üzrə 2013/2014-cü tədris ilində qız tələbələrin sayı 561 nəfər olmaqla, ümumi tələbələrin 29,3 faizini, 2014/2015-ci ildə isə onların sayı 640 nəfərə çataraq ümumi tələbələrin 30 faizini təşkil edib. F.Qurbanov deyib ki, ümumilikdə ölkənin 52 ali təhsil müəssisəsində (bunlardan 37-si dövlət, 15-i özəl təhsil müəssisəsidir) bakalavr pilləsində 151 274 nəfər təhsil alır və onların 73 195 nəfəri qızlardır: "Bu da ümumi tələbələrin 53,96 faizini təşkil edir. Magistratura piləsində isə hazırda 12 651 tələbə təhsil alır ki, onların da 6 826 nəfəri, yəni 54 faizi qızlardır". Nazir müavini əlavə edib ki, respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1 325 634 nəfərdir: "Onlardan qızların sayı 604 322 nəfər, yəni 45,59 faizi (keçən il 43,86 olub), müəllim sayı 174 772 nəfər, onlardan 134 300 nəfəri, yəni 77 faizini (keçən il 76%) qadınlar təşkil edir. Eyni zamanda, 2014/2015-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət edən 17 962 nəfərdən 15 348-i qadın olub, onlardan 1 420 nəfəri müsabiqədən keçərək seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin edilib". "Respublikada mövcud olan 58 orta ixtisas təhsil müəssisələrində təhsil alan 60 511 nəfər tələbənin 40 950 nəfəri (67,7%) qızlardır. 108 ilk peşə-ixtisas təhsil müəssisələrində isə 29 234 nəfər şagirdin 30 faizini qızlar təşkil edir.Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil müəssisələrində 4 rektor, 5 filial rektoru, 12 prorektor, orta ixtisas təhsil müəssisələrində 8 direktor, 21 direktor müavini, ilk peşə-ixtisas təhsil müəssisələrində 12 direktor, 16 direktor müavini, ümumtəhsil məktəblərində 1 202 (26,5%) məktəb direktoru qadındır. 2014-cü ilin göstəricilərinə əsasən, 2 070 nəfər doktorantdan 1 052 nəfəri qadındır. Keçən il üzrə statistik məlumatlara əsasən, qadın dövlət qulluqçularının sayı 7 244 nəfərdir. Nazirlikdə çalışan 160 dövlət qulluqçusundan 57 nəfəri qadındır", - nazir müavini qeyd edib.
Mənbə
İslamazeri

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler