» » İranda zəlzələ oldu

İranda zəlzələ oldu

Bölmə: Xəbər, Dünya
İranda zəlzələ olduİran ərazisində 4 bal gücündə zəlzələ baş verib.

Xalqinfo.az-ın məlumatına görə, Ermənistanın FHN-nin seysmik müdafiəsi xidməti bildirib ki, İran ərazisində qeydə alınan təbii fəlakət Mehri şəhərindən 60 kilometr cənubda yerləşən Sünik ərazisində silkələnmə yaradıb. Yeraltı təkanların gücü 3-4 bal təşkil edib, Mehridə isə 2-3 bal gücündə hiss olunub. Dağıntı və zərər çəkən yoxdur.

Xatırladaq ki, İranda bu il ən güclü zəlzələ Hörmüzqan vilayətinin Gövhəran şəhərində olub. 5.5 bal gücündə olan zəlzələ fevralın 2-də Bakı vaxtı ilə saat 18:26-da yerin 8.3 km dərinliyində meydana gəlib. Təbii fəlakət Gövhərandan (Hörmüzqan) 15 km, Manucandan (Kirman) 85 km və Qaləgəncdən (Kirman) 88 km uzaqlıqda baş verib. Bir adam ölüb, 30 nəfər isə yaralanıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler