» » AŞPA-dan Azərbaycana

AŞPA-dan Azərbaycana səfərə gəldilər

Bölmə: Xəbər, BLOK XƏBƏR
AŞPA-dan AzərbaycanaAvropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinskinin və Pedro Aqramuntun bu gündən Azərbaycana səfəri başlayıb.

Xalqinfo.az-ın xəbərinə görə, bu barədə AŞPA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, martın 3-dək davam edəcək səfər çərçivəsində həmməruzəçilərin Milli Məclisin sədri Oqtay Əsədov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, eləcə də Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyətinin üzvləri, media, vətəndaş cəmiyyəti üzvləri ilə görüşü nəzərdə tutulur.

Onlar Avropa Şurasının Bakıdakı ofisinin təşkilatçılığı ilə parlamentdə təmsil olunmayan partiya üzvləri ilə də görüşəcəklər.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler