» » Bu ay 9 gün iş

Bu ay 9 gün iş olmayacaq

Bölmə: Xəbər
Bu ay 9 gün işBu ilin mart ayındakı bayramlarla əlaqədar 9 gün qeyri-iş günü olacaq. Xalqinfo.az-ın verdiyi məlumata görə, Martın 8-i (Beynəlxalq qadınlar günü) bazar gününə təsadüf etdiyi üçün, martın 9-u qeyri-iş günü hesab ediləcək.

Bundan başqa Novruz bayramında ölkə əhalisi bir həftə (7 gün) istirahət edəcək.

Belə ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı da qeyri-iş günü olacaq.

Azərbaycan Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler