» » Ərdoğan göz yaşlarını saxlaya bilmədi

Ərdoğan göz yaşlarını saxlaya bilmədi

Bölmə: Xəbər
Ərdoğan göz yaşlarını saxlaya bilmədi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı mərasimlərdən birində göz yaşlarını saxlaya bilməyib.

"28 fevrallar min il davam etməz" adlı mərasimdə 28 fevralda Türkiyədə son hərbi dövlət çevrilişlə bağlı video nümayiş edilib.

Qısa filmi ziləyən Ərdoğan göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 1997-ci il fevralın 28-də keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) qərarları o dövrdə Nəcmədin Ərbakan və Tansu Çillerin koalisiyası ilə qurulmuş “Refah-Yol” hökumətinə bildirildi. Qərarda dünyəvi (laik) sistem üçün qərarların icrası tələb olunaraq, “təriqət məktəbləri nəzarətə götürülməli, Təhsil nazirliyinin nəzarətinə verilməli, 8 illik təhsil sisteminə keçilməli, Quran kursları nəzarətə götürülməli, vahid təhsil sistemi icra edilməli, təriqətlər bağlanmalı, irtica səbəbilə ordudan qovulan hərbçiləri müdafiə edən və ordunu din düşməni kimi göstərən mətbuat nəzarətə götürülməli, geyim qanununa riayət edilməli, kəsilmiş qurbanların dəriləri dərnəklərə verilməməli, Atatürkün əleyihndə olan bütün işlər cəzalandırılmalıdır!” – deyilirdi.musavat.com

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler