» » Azərbaycanlılar BMT-də aksiya keçir keçirdilər - Foto

Azərbaycanlılar BMT-də aksiya keçir keçirdilər - Foto

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Azərbaycanlılar BMT-də aksiya keçir keçirdilər - FotoXocalı soyqırımının 23-cü ildönümünün anılması və faciə zamanı 613 nəfər günahsız insanın qətlə yetirilməsinə etiraz olaraq Ermənistanın BMT-dəki Daimi Nümayəndəliyi qarşısında aksiya keçirilib.

Xalqinfo.az bildirir ki,Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, aksiyada Azərbaycan Nyu-York Assosiasiyasının təşkil etdiyi aksiyada Azərbaycan, Türk diaspor təşkilatlarının nümayəndələri iştirak edib.

Azərbaycanlıların Ermənistanın BMT-dəki Daimi Nümayəndəliyi qarşısından başlayan mitinqi daha sonra BMT-nin mənzil qərargahı önündə davam edib. Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan aksiyaçılar “Xocalı soyqırımı XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir”, “Xocalıya ədalət!”, “Azərbaycan Xocalı faciəsinin qurbanlarını unutmayacaq”, “Soyqırımı unutma” kimi şüarlar səsləndirib.

Aksiyanın təşkilatçıları Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını tələbə edərək “Dilgəm Əsgərov və Şahbaz Quliyevə azadlıq” şüarı səsləndiriblər.
Azərbaycanlılar BMT-də aksiya keçir keçirdilər - Foto
Azərbaycanlılar BMT-də aksiya keçir keçirdilər - Foto
Azərbaycanlılar BMT-də aksiya keçir keçirdilər - Foto
Azərbaycanlılar BMT-də aksiya keçir keçirdilər - Foto
Azərbaycanlılar BMT-də aksiya keçir keçirdilər - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler