» » İrəvan yenə özünü

İrəvan yenə özünü rüsvay etdi

Bölmə: Xəbər, Siyasət
İrəvan yenə özünü Ermənistan Milli Məclisinin sədr müavini Eduard Şarmazanov parlamentin iclasında Türkiyə haqqında sərsəm fikirlər səsləndirib, bu ölkənin Dağlıq Qarabağ probleminin həllində heç bir rolunun olmadığını bildirib, qondarma erməni soyqırımı ilə bağlı rəsmi Ankaranın mövqeyini tənqid edib.

Xalqinfo.az-ın məlumatına görə, o, bir daha yalana əl ataraq deyib ki, guya Ermənistan hələ 2009-cu ildə ilkin şərtlərsiz Türkiyə ilə əlaqənin qurulması prosesinə başladı. Bu, regionda sabitliyin möhkəmləndirilməsinə təsir göstərə bilərdi. Ancaq Türkiyə tərəfi bunu istəmədi. Türkiyə rəhbərliyinin elan etdiyi "qonşularla sıfır problemi" siyasəti yanlış ideologiyadır, bu, münasibətlərin yaxşılaşması imkanlarını heçə endirir.

Onun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində heç nə etmək istəmir. Qarabağ münaqişəsinin açarı burada yaşayan xalqın əlindədir: "Dağlıq Qarabağ xalqı taleyini özü həll etməlidir."

E.Şarmazanov "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması və qınanması məsələsində birləşməyin, Türkiyənin soyqırımın inkarı siyasətinə qarşı mübarizə tədbirlərinin görülməsinin zəruriliyindən danışıb: "Ermənistan parlamenti bu istiqamətdə ciddi addımların atılması üçün ilk təşəbbüs edib. Bütün fraksiyalar tərəfindən "Osmanlı Türkiyəsində 1914-1923-cü ildə yunanların və asuriyalıların soyqırımının qınanması haqqında" bəyanat layihəsinin hazırlanması sübut edir ki, biz vahid mübarizənin yeni mərhələsinə başlayacağıq."
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler