» » Prezident məcburi köçkünlə salınan

Prezident məcburi köçkünlə salınan yaşayış kompleksində ...

Bölmə: Xəbər
Prezident məcburi köçkünlə salınan Prezident İlham Əliyev fevralın 24-də Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Xalqinfo.az-ın məlumatına görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov prezident İlham Əliyevə yeni salınan yaşayış kompleksi barədə məlumat verib.

Bu məhəllə prezident İlham Əliyevin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Yeni yaşayış kompleksinə Mingəçevir şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

Dövlət başçısı 480 şagird yerlik məktəb binasında yaradılan şəraitlə tanış olub.

Yüksək keyfiyyətlə inşa olunan, müasir avadanlıqla təchiz edilən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.

Burada yeni yaşayış kompleksinin sxeminə və maketinə baxan prezident İlham Əliyevə məlumat verilib ki, 12 hektar sahəni əhatə edən bu məhəllədə 596 ev, məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib.

Dövlət başçısı yaşayış kompleksinin uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlanıb. Qeyd olunub ki, uşaq bağçasında da yüksək şərait yaradılıb.

Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə də tanış olub.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler