» » Özünü güllələyən polisin ölümündə

Özünü güllələyən polisin ölümündə müəmma...

Bölmə: Xəbər
Özünü güllələyən polisin ölümündə
“Qardaşımın ailəsinə kömək edilməsə, gərək uşaqları dilənsinlər. Başqa yolları yoxdur”.

Bunu AzVision.az-a açıqlamasında Ağsu rayonunda özünü öldürən polis baş serjantı Neman Tanrıverdiyevin qardaşı Nizami Tanrıverdiyev deyib.

O, qardaşının intihar səbəbləri haqda danışıb. Bildirib ki, qardaşının intihara əl atmasına heç bir səbəb olmayıb. N.Tanrıverdiyevin sözlərinə görə, mərhumun maddi sıxıntısı bir o qədər də olmayıb.

“Biz şokdayıq. Allah belə bir şeyi heç kəsə göstərməsin. İndi qardaşımın 3 mərasimini veririk. Onun elə bir maliyyə çətinlikləri olmayıb. Evi-eşiyi, yeməyə çörəyi var idi. Elə bir maliyyə problemi yox idi. Mən pula görə, onun özünə qəsd etməsinə inanmıram. Qardaşım belə bir probleminin olmaması ilə bağlı bizə heç nə deməyib. Bu da çox müəmmalıdır. Bizi yandıran da budur.

İş yerində də onun heç bir problemi yox idi. O, çox gözəl insan idi. O dostu üçün ürəyini çıxarıb verən oğlan idi”.

N.Tanrıverdiyev qardaşının intihara meylli insan olmadığını deyib.

“O, heç vaxt özünü öldürmək istəməyib. Bunu bütün Ağsu camaatı bilir. Onun gözəl ailəsi, iki qız övladı var. Qardaşımın ailəsi ilə münasibəti də çox yaxşı idi. Onun ailəsində heç vaxt söz-söhbət olmayıb. Mən onun ailəsindən heç bir söz-söhbət eşitməmişəm. Onun banka kredit borcunun olması ilə bağlı heç nə bilmirik. Qardaşımın kredit borcu olsaydı, yəqin ki, biz bilərdik”.

İntihar edən polisin qardaşı həmçinin qeyd edib ki hazırda mərhumun ailəsininin vəziyyəti çox ağırdır: “Bu gün onlara köməklik lazımdır. Uşaqlar çox körpədir. Qızının birinin 15, digərinin isə 17 yaşı var. Ailəyə heç bir yerdən gəlir gəlmir. Dövlət tərəfindən gərək onlara yadım edilsin. Yoxsa qardaşımın ailəsi dilənə. Başqa yol yoxdur. Mənim də o qədər imkanım yoxdur ki, onları dolandıram. Özüm musiqçiyəm. 3-4 aydır ki, toy yoxdur. Mənim də balaca balalarım var”.

N. Tanrıverdiyev mərhum polis serjantının işdəki münasibətlərindən də danışıb. O, qeyd edib ki, qardaşı işini çox sevirdi: “Qardaşım işinə həmişə can yandırıb. O, çox məsuliyyətli adam idi. Bütün işlərini vaxtında görərdi. Biz də bilmirik ki, onu bu yola nə məcbur elədi. Allah bilir. Onun heç bir vəsiyyəti olmayıb. Gülə-gülə də bu dünyadan getdi. Qardaşım həmişə deyib gülürdü. Heç bir problemi yox idi. Heç bir xəstəliyi də yox idi”.

Daha sonra o, qardaşının vida məktubundan söhbət açıb: “Yas mərasimindən sonra onun yazdığı məktubu aradıracağıq. Lazımı oraqanlara müraciət edəcəyik. Bizim üçün çox böyük dərdir. Mənim üçün də bu çox böyük dərdir. Onun ailəsinə kömək etmək lazımdır. Mənə axşam zəng gəldi və şöbəyə getdim. Gördüm ki artıq qardaşım yoxdur!”.

Qeyd edək ki, fevralın 21-də Baş Mühafizə İdarəsinin Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin manqa komandiri, polis baş serjantı Neman Tanrıverdiyev “Makarov” markalı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb. Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapança, 2 ədəd güllə darağı, 15 patron və 1 ədəd giliz götürülüb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler