» » Prezident sərəncam imzaladı:Əli Həsənova yeni vəzifə

Prezident sərəncam imzaladı:Əli Həsənova yeni vəzifə

Bölmə: Xəbər, BLOK XƏBƏR
Prezident sərəncam imzaladı:Əli Həsənova yeni vəzifə Dövlət başçısı Əli Həsənovun yeni təyinatı haqda sərəncam imzalayıb.

Xalqinfo.az ANS PRESS-ə istinadən sərəncamı təqdim edir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilsin".

Qeyd edək ki, Həsənov Əli Məhəmmədəli oğlu 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olub. Moskva Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professordur.

1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəziflərəində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.
1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler