» » Bakıda ağır qəza:

Bakıda ağır qəza: 1 ölü, 5 yaralı

Bölmə: Xəbər
Bakıda ağır qəza:
Ötən gecə Bakıda 1 nəfərin ölümü 5 –nin isə yaralanması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

Hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. 20 yaşlı Elsevər Səttarov idarə etdiyi “KİA” markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni qəfildən itirib. Nəticədə nəqliyyat vasitəsi ara yoldan magistrala çıxmaq istəyən 39 yaşlı Rüfət Həşimova məxsus “Honda “ markalı avtomaşına çırpılıb. Sükana sahib ola bilməyən sürücü maşını qarşısında hərəkətdə olan “Opel”ə, daha sonra "VAZ-2107"ə çırpıb.

Baş verən qəzada hər iki avtomobilin sürücüsü və “Honda" da olan sərnişinlər - Aleftina Axundova, Emil Həşimov, Ömər Həşimov və İradə Axundova ağır vəziyyətdə 3 saylı Sabunçu xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralı Aleftina Axundova reanimasiya şöbəsində dünyasını dəyişib. Digər yaralılara yardım göstərilib, vəziyyətləri kafi olaraq qalır.

Qeyd edək ki, ölən və yaralananlar bir ailənin üzvləri olub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır (APA).

Şərh Yaz
ŞƏRH(1)

Murad 19 fevral 2015 11:47
Günah elə sürücünün özündədi.

Günah elə sürücünün özündədi.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler