» » Novruz Bayramında papaq atmaq yığışdırılsın

Novruz Bayramında papaq atmaq yığışdırılsın

Bölmə: Xəbər
Novruz Bayramında papaq atmaq yığışdırılsın
Novruz bayramında qapılara papaq atma düzgün deyil və bu ənənə aradan qaldırılmalıdır. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.


Qapılara papağın atılmasını düzgün saymayan alim bildirib ki, vaxtilə Novruz bayramında oğlanlar papaq deyil, qurşaq atıblar: “Papağın atılması düzgün deyil. Çünki papaq ayaq altına atılmaz. O, qeyrət rəmzidir. Buna görə də təbliğat aparmaq lazımdır ki, uşaqların papaqatdı ənənələri yığışdırılsın. Vaxtilə qurşaq atılıb, papaq yox. Əvvəllər oğlanlar bellərinə qurşaq bağlayar, həmin qurşağı açıb atardılar”.

Son vaxtlar belə məsələlərin kölgə altında qaldığını deyən alim bildirib ki, dünya xalqları öz arxaik mədəni qatlarını yenidən açır və mədəniyyətlərinin obrazlarını, onun ayrı-ayrı atributlarını canlandırırlar: “Hətta bundan biznes kimi istifadə edən xalqlar da var. Onlar öz atributlarını əşyalar kimi düzəldirlər və bazara çıxararaq böyük mənfəət götürürlər. Amma bizim atributlarımızın hamısı - istər nağıllarımızdakı Cırtdan obrazı, istər Keçəl, istərsə də Göyçək Fatma obrazları kölgədə qalıb”.

A.Əhmədli təklif edir ki, Novruz bayramında papaq yerinə xüsusi torbalar atıla bilər: "Həmin torbalar isə iş adamları tərəfindən hazırlana və onların üzərində Keçəlin və Kosanın rəmzləşdirilmiş şəkilləri, səməni rəsmi ola bilər".

Alim hesab edir ki, əgər iş adamları bu işə xərc çəksələr, bundan yalnız mənfəət götürə bilərlər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler