» » "Ağ Yol" İlham Əliyevin Avropa səfərini müzakirə etdi

"Ağ Yol" İlham Əliyevin Avropa səfərini müzakirə etdi

Bölmə: Xəbər
"Ağ Yol" İlham Əliyevin Avropa səfərini müzakirə etdi

Ağ Yolda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı müzakirə keçirilib.


Xalqinfo.az xəbər verir ki, Ağ Yol Vətəndaş Hərəkatının rəsmi feysbuk səhifəsində və 550 minlik eyni adlı qrupunda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı geniş müzakirə açılıb.

Paylaşılmış statusda deyilir:
“Azərbaycan Avropanın hər zaman önəmli tərəfdaşı olub və bu gün də olmaqdadır. Prezident İlham Əliyevin son günlər Avropaya davamlı səfərləri, yüksək səviyyədə qəbulu və cəsarətli çıxışları Azərbaycan adına ciddi uğurlar yazıb. İqtisadi və siyasi gücünü bir-biri ilə uzlaşdırmağı bacaran Azərbaycan dövləti öz təcəssümünü dövlət başçısının apardığı uğurlu balanslı siyasətdə tapır.
Almaniyaya səfər və kansler Angela Merkel ilə görüş, Berlində Münxen Təhlükəsizlik Konfransında iştirak və cəsarətli çıxış ölkəmizi dünyaya fərqli rakursda təqdim etdi. Çünki, Azərbaycan müstəqil şəkildə, heç kimdən asılı olmadan təkbaşına ayaqda dayanır və hətta ehtiyacı olanlara da kömək əlini uzadır.

Prezident dövlətimiz adından TANAP və TAP layihələri barədə cəsarətlə danışdı. NABUCCO-nun reallığa çevrilməməsində Avropa Birliyini sətiraltı ittiham etdi. Amma, Azərbaycanın yenə də gecikmədən düzgün qərar verdiyini və bu layihələrin də Avropanın enerji təhlükəsizliyində ayrıca rolu olduğunu vurğuladı.

Almaniya kansleri Məcarıstana səfərində də Azərbaycan barədə və onun önəmini vurğuladı. Çünki, prezident İlham Əliyevlə görüşdə ciddi təsirlənmişdi.
Bu siyasətin Dağlıq-Qarabağ münaqişəsinin ədalətli həllinə də təsiri ola bilər. Prezident bu barədə çox səlis və konkret danşaraq Ermənistanı işğalçı adlandırdı və dünyanı ikili standart yeritməkdən çəkinməyə çağırdı. Artıq bütün dünya bilir ki,
Azərbaycan üçün bu münaqişənin ədalətli həlli ən vacib məsələdir və bütün danışıqlarda o qırmızı xətlə keçməlidir.”

Ağ Yol Vətəndaş Hərəkatının Mətbuat xidməti
Əlaqə: +994554940919

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler