» » Şahbaz Xuduoğlunun həyat yoldaşının ölümü ilə bağlı cinayət işi başlanıb

Şahbaz Xuduoğlunun həyat yoldaşının ölümü ilə bağlı cinayət işi başlanıb

Bölmə: Xəbər
Şahbaz Xuduoğlunun həyat yoldaşının ölümü ilə bağlı cinayət işi başlanıb
Jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.

Rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Masallı-Yardımlı yolunda baş verən qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları pozduqda zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

İlkin ehtimala qəzaya havanın yağışlı olması və yolun sürüşkən olması səbəb olub. Lakin baş verən dəhşətli qəzanın dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, dünən saat 15 radələrində Şahbaz Xuduoğlu Yardımlıdan əmisinin yas mərasimindən qayıdarkən qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan sərnişin 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.

Digər sərnişin İlahə Xudu qızı Əliyeva isə ağır yaralanıb. Qadın Masallı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğluun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler