» » Kadırov hamını belə aldatdı-

Kadırov hamını belə aldatdı- VİDEO+FOTO

Bölmə: Xəbər
Kadırov hamını belə aldatdı-
Çeçenistan Respublikasının başçısı Ramzan Kadirovun oxşarı peyda olub.

ans press-in məlumatına görə, o, özünün "İnstagram" səhifəsində öz oxşarı ilə birlikdə olan şəkillərini paylaşıb. Həmin şəkillərdə Ramzan Kadırov, oxşarı, bir neçə qonaq və Jerar Depardye göstərilir. Şəkillərdən birinin altında isə o, belə bir şərh paylaşıb: "Bu gün öz əvəzimə işləməyə oxşarımı göndərdim. Görək, işin öhdəsindən necə gələcək?".

Bununla bağlı Rusiya mətbuatı Ramzan Kadırovun özünə müraciət edib. O isə bunu zarafat etmək üçün etdiyini bildirib. "İndiyədək bir neçə dəfə mənim oxşarımın olması haqqında şayiələr yayılmışdı. Guya mən ona görə hər işimi çatdırıram. Bəziləri də bunu təhlükəsizlik məqsədilə etdiyimi deyirdilər. Mən isə demək istəyirəm ki, Ramzan Kadırov təkdir. O da Çeçenistanın birinci prezidenti Əhmət Haci Kadırovun oğlu", - deyə o, əlavə edib.

Daha sonra Kadırov bildirib ki, bu, fotoşopun adi hiyləsidir.
Kadırov hamını belə aldatdı-
Kadırov hamını belə aldatdı-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler