» » Qarabağda savaş ola bilər-

Qarabağda savaş ola bilər- ehtimal

Bölmə: Xəbər
Qarabağda savaş ola bilər-
Dağlıq Qarabağda "təsadüfi müharibə"nin başlanması ehtimalı hər an qalır.

ANS PRESS-in məlumatına görə, bunu "Jamanak" qəzetinə açıqlamasında Qarabağ üzrə amerikalı ekspert Sabina Freyzer bildirib.

S.Freyzer ermənilərin illər keçdikcə Dağlıq Qarabağ ətrafı ərazini daha çox güzəştə getmək istəmədiklərini deyib.

O, Dağlıq Qarabağ münaqişə həll edilməsi yolunda danışıqların 2011-ci il Kazan danışıqlarından sonra dalana dirəndiyini də deyib.

Qeyd edək ki, S.Freyzer buna qədərki son çıxışlarının birində Krım hadisələri və Ukraynadakı mövcud vəziyyətin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə tənzimlənməsinin vacibliyini önə çəkdiyini demişdi:

“Azərbacanın ərazisinin böyük hissəsi işğal edilib. Avropada ən çox qaçqın və məcburi köçkünlər Azərbaycanın payına düşür. Onların çoxu Qarabağın ətrafında olan və işğal edilən rayonlardan gəliblər. Ermənistan əslində blokadadadır. Münaqişənin həll edilməməsi regionun inkişafına mənfi təsir göstərir. Tiflis və Vaşinqtonda azərbaycanlılar və ermənilər bir yerə toplaşırlar, ümumi münaqişələrin həlli yollarını müzakirə edirlər. Münaqişənin həllində əsas prinsiplərə əməl edilməlidir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler