» » Deputat Aslan Aslanova görə Zahid Orucu hədəfə aldı

Deputat Aslan Aslanova görə Zahid Orucu hədəfə aldı

Bölmə: Xəbər
Deputat Aslan Aslanova görə Zahid Orucu hədəfə aldı
Ərəstun Cavadov: “Zahid Orucun məqsədi və ideyası bəlli deyil”
Zahid Oruc: ““Ərəstun Cavadovun özü tərəfindən mənə bildirilib ki, həmin fikirlər ona aid deyil”


Mərkəzi Univermağın (MUM) rəhbəri, Milli Məclisin deputatı Ərəstun Cavadov son günlər ölkə mediasının gündəmindən düşməyən məhkum Lamiyə Quliyevanın cinayət işi ilə bağlı məsələyə münasibət bildirərkən AXCP-ni və deputat Zahid Orucu hədəfə alıb.
Ə.Cavadov bizimxeber.az-a açıqlamasında deyib ki, Lamiyə Quliyeva məsələsinin bu qədər tirajlanması AXCP-nin Aslan Aslanova qarşı apardığı qarayaxma kampaniyasının tərkib hissədir. Onun sözlərinə görə, AXCP sədri və onun mətbu orqanı Aslan Aslanova qarşı qarayaxma kampaniyasında Lamiyə Quliyevanın cinayət işindən sui-istifadə edir: “Məntiqlə düşünsək görərik ki, AXCP Aslan Aslanovdan intiqam alma istəyir. Çünki Aslan Aslanov indiki iqtidarın komandasında çalışmış adamdır. Hər zaman da vətəninə və millətinə vicdanı və sədaqəti ilə xidmət etmiş adamdır. Aslan Aslanov doğma övladını, gənc oğlunu itirib. Mən hələ vaxtilə onun oğlunun yas mərasimində iştirak edəndə Şəmkirdə hamı danışırdı ki, Lamiyə Quliyeva öz xalası oğlu tərəfindən zorlanıb. Bütün bunlar bir daha onu göstərir ki, Aslan müəllimə qarşı qarayaxma kampaniyası aparılır. Çünki Aslan Aslanov dövlətçiliyə bağlı, vətəninə və xalqına layiqli xidmət etmiş adamdır. Mən bunları Aslan Aslanovu tərifləmək üçün söyləmirəm. Əgər Aslan müəllim olmasaydı, o zaman 90-cı illərin əvvəllərində Gürcüstanda yaşayan soydaşlarımızı çoxdan oradan çıxartmışdılar. Necə ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı deportasiya etmişdilər, belə bir təhlükə Gürcüstanda yaşayan soydaşlarımız üçün də yaranmışdı. Amma ulu öndər Heydər Əliyevin tapşırığı ilə Aslan müəllim gedib bunların qarşısını aldı. Aslan müəllim Gürcüstanda yaşayan azərbaycanlıların müdafiəsinə qalxmışdı, onlara dayaq idi. Bütün bunları Aslan Aslanov Şəmkirin icra başçısı olduğu dövrdə edirdi. İndi də Aslan müəllimin o bölgədə yeri görünür. Aslan Aslanov Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin yaranmasında böyük xidmətlər göstərib, bu dövlətimiz tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Ancaq çox təəssüf ki, dövlətimiz və xalqımız üçün vacib olan bu cür addımlar bəzi dairələr tərəfindən bəyənilmir. İndi Lamiyə Quliyeva cinayət işi ilə bağlı düşüblər Aslan Aslanovun üzərinə. Məgər Aslan müəllim günahsız yerə adam tutdurandır. Niyə deyən yoxdur ki, məhbus Lamiyə Quliyeva həbsxanada haradan doğub. Bunu da Aslan Aslanovun üzərinə atırlar. Aslan müəllim ziyalı insandır, o gənc oğlunu itirib, bu dəqiqə o ancaq bunun dərdini çəkir. Lamiyə Quliyeva adam öldürüb gəlib həbsə düşüb, daha sonra da həbsxana gözətçisinə qarşı hüquqazidd hərəkətlər edib və əlavə iş alıb. İndi burada Aslan Aslanovun nə günahı var? Ümumiyyətlə, ağır cinayət törətmiş şəxslərin əksəriyyəti həbsxanada dinc gala bilmirlər, yenə də cinayət törədirlər”.
Deputat həmkarı Zahid Orucun da Aslan Aslanovla bağlı çıxışlarına toxunan Ərəstun Cavadov qeyd edib ki, Zahid Oruc bundan şou düzəldir: “Bunun da müəyyən səbəbləri var. Ümumiyyətlə, Zahid Orucun məqsədi və ideyası bəlli deyil. Külək hara əsirsə, o da o yana əsir. Zahid Orucun dostu ilə düşməninin kim olduğu bilinmir”.
Saytda haqqında yerləşdirilən fikirlərə Zahidin Orucun münasibətini öyrəndik. O qeyd etdi ki, həmin fikirlər Ərəstun Cavadova məxsus deyil: “Ərəstun Cavadovun özü tərəfindən mənə bildirilib ki, həmin fikirlər ona aid deyil. Qeyd olunan sözlər tamamilə onun adına yazılıb və cəfəng olduğu mənə çatdırılıb. Ona görə də oradakı hər hansı tezisi, ifadəni şərh etməyəcəyəm. Hətta kimlərə bu məsələ deputat həmkarımızın adına yazılaraq ictimailəşdirilərsə, ona da cavab bir cümlə ilə verim ki, doğrusu, Azərbaycanda hava məlumatını, küləyin istiqamətini proqnozlaşdırıb çox peşəkarlıqla cəmiyyətə çatdıran və cəmiyyətin sevgisini qazanan Umayra xanım Tağıyeva idi. O da təəssüf ki, artıq işdən çıxıb və başqa sahədə işləməyə başlayıb. Ona da uğurlar arzulayırıq.
Mənim siyasi həyatımı, tərcümeyi-halımı məlum hadisələr üzərindən qiymətləndirməyə ehtiyac yox idi. Amma hörmətli Ərəstun müəllim dəfələrlə mənim şəxsimə rəsmi və qeyri-rəsmi məclislərdə ən yüksək sözlərini söyləyib. İndi onun özü üçün də çox narahatedici idi ki, nə üçün o fikirlər onun adından yazılıb. Ona görə də bunun ətrafında polemika qurmaq istəmirəm. Yalnız onu deyim ki, əgər xatırlayanlar varsa, cəmiyyəti, informasiya mühitini bürüyən Lamiyə Quliyeva mövzusu ilə bağlı mən net şəkildə mövqeyimi bildirmişəm. Mən hesab edirəm ki, o şəxsin təcili məhkəmə qaydasında azadlığına qovuşması bu hadisə üzərindən intiqamı, gələcək cinayətləri körükləyənlərin qarşısını almış olar. Həmçinin də bir körpə hər hansı şəraitdə, kimin vasitəsilə dünyaya gəlməsindən asılı olmayaraq həbsdə böyüməz. Budur mənim yanaşmam və bu mövqeyimdə qalıram. Ona görə də hansısa sayt, qəzet kimisə müdafiə eləmək naminə, ya da sifarişlə mənim mövqeyimin effektinə qarşı düşünürsə bu, mənim umurumda deyil və gələcək siyasi fəaliyyətimizə də təsir edə bilməz”.
Z.Oruc onu da dedi ki, ona verilən məlumata görə, Ərəstun Cavadov saytda onun adından yazılan fikirlərin silinməsi və ya təkzib olunması üçün addım atıb. Bundan sonra isə facebookda sözügedən saytın redaktoru ona yanlışlıq baş verdiyini yazıb və yazının saytdan çıxarılacağını deyib: “Mənə yazıb ki, yazı saytdan çıxarıldı, şəxsən araşdırıram ki, nədən Ərəstun Cavadovun adından onun demədiyi fikirlər o yazıya daxil edilib”.

Şərh Yaz
ŞƏRH(1)

Vətənpərvər biri. 10 fevral 2015 08:17
Sən demə bizim Ərəstun Cavadov adlı millət vəkilimiz
varmış.Xalqa zülüm edən,haqqlarını taptalayan,islahat-
lara getməyən,özbaşına məmurları yoxsa kim müdafiə
edərdi? Çox təəssüflər olsun.
Cənab prezidentin apardığı uğurlu islahatları xalq
çox yaxşı qarşılayır.Biz vətənpərvərlər, Sizinləyik
cənab Prezident.
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler