» » Bərzani Öcalanla məktublaşdığını etiraf etdi

Bərzani Öcalanla məktublaşdığını etiraf etdi

Bölmə: Xəbər
Bərzani Öcalanla məktublaşdığını etiraf etdi
Londonda çap olunan “Əl-Həyat” qəzetinə müsahibə verən Bərzani ilk dəfə PKK lideri Abdullah Öcalanla məktublaşdığını etiraf edib.

Musavat.com-un məlumatına görə, Bərzani Öcalanla Leyla Zana vasitəsiylə məktublaşdığını və PKK liderinin kömək təklif etdiyini bildirib. Kürdlərin İŞİD-ə qarşı apardığı mübarizə barəsində də məlumat verən Bərzani bildirib ki, İranla Ərbil arasında heç bir problem olmasa da Kürdüstan bölgəsində iranlı hərbçi yoxdur.

Bərzani həmçinin bildirib ki, İŞİD-lə müharibə başladıqdan sonra İran Ərbilə iki təyyarə dolusu yardım göndərib və yardımlar davam edir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler