» » Makedoniya prezidenti Bakıya gəlir

Makedoniya prezidenti Bakıya gəlir

Bölmə: Xəbər
Makedoniya prezidenti Bakıya gəlir
Makedoniya Prezidenti Georgi İvanovun bu ilin aprel ayında Azərbaycana səfəri gözlənilir.

ANS PRESS-in məlumatına görə, səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək III Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.

“Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunacaq III Açıq Cəmiyyətlər Forumunun əhəmiyyətini yüksək qiymətləndirən Georgi İvanov hesab edir ki, bu tədbir çox sayda hazırkı, eləcə də sabiq dövlət və hökumət başçıları, siyasi liderlər, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin fikir mübadiləsi aparması və təcrübəsini paylaşması baxımından əla imkandır.

Onun fikrincə, bu Forum dünyanı narahat edən məsələlərin ən uyğun həll yollarının tapılması istiqamətində rəhbərlik etdikləri müddətdə böyük təcrübə qazanmış və müəyyən dəyişikliklər etməyə çalışmış siyasi liderlərin kollektiv qlobal fəaliyyətinə şərait yaradır.

Qeyd edək ki, 2015-ci ilin aprel ayının 27-30-da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək III Açıq Cəmiyyətlər Forumunda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlər geniş müzakirə ediləcək. Forumda bir neçə ölkənin hazırkı prezidentinin, 100-ə yaxın sabiq dövlət və hökumət rəhbərinin iştirakı gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler