» » Erməni kürd birliyi:

Erməni kürd birliyi: İrəvan kürdlərə dəstək verəcək

Bölmə: Xəbər, Siyasət, Dünya, BLOK XƏBƏR
Erməni kürd birliyi:əErmənistan Şimali İraq kürd muxtar bölgəsinin mərkəzi Ərbil şəhərində baş konsulluq açmaq niyyətindədir.

Xalqinfo.az xəbər verir ki, bu barədə Ermənistanın İraqdakı səfiri Karen Qriqoryan bildirib. Şimali İraq kürd muxtar bölgəsinin xarici işlər naziri Fəllah Mustafa ilə görüşən erməni səfir bildirib ki, həftədə iki dəfə İrəvandan Ərbilə təyyarə səfərləri təşkil ediləcək.

Fəllah Mustafa isə İrəvanın bu addımını dəstəklədiklərini vurğulayıb. Onun fikrincə, baş konsulluğun açılması ermənilərlə kürdlərin iqtisadi, siyasi və mədəni sahələrdə birləşməsinə imkan verəcək.

Erməni səfir Karen Qriqoryan tezliklə Ermənistanın Kürdüstana dəstək verəcəyini bildirib. Səfir böyük ehtimalla İrəvanın Şimali İraq kürd muxtar bölgəsinin müstəqilliyini tanıyacağına işarə vurub.

Beləliklə, Ermənistan siyasətində yeni dövr - tanınmamış rejimlərinin tanınması dövrü başlayır. İrəvan bununla Dağlıq Qarabağda qurduğu işğal rejimini tanıtmaq üçün persedent yaranmasına çalışır.

Amma Helsinki xartiyasına görə, Dağlıq Qarabağın müstəqilliyini Azərbaycanın icazəsi olmadan heç bir dövlət tanıya bilməz. İrəvan bu addımı atarsa, beynəlxalq hüququ tapdamış olar və bu, Azərbaycana öz ərazi bütövlüyünü təmin etmək üçün dinc danışıqları dayandırıraraq müharibəyə başlamasına əsas verə bilər.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler