» » Avtomobil motosikletə çırpıldı:

Avtomobil motosikletə çırpıldı: ölən var

Bölmə: Xəbər
Avtomobil motosikletə çırpıldı:İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

İmişli rayon Polis Şöbəsindən apa-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Sabirabad rayon sakini Zahid Atakişiyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan İmişli sakini Adil Qasımovun idarə etdiyi motosiklet toqquşub.

Qəza zamanı motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan A. Qasımov Bakıdakı xəstəxanalardan birinə aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler