» » Baş Prokurorluğun keçmiş işçisi yenidən məhkəmə qarşısında

Baş Prokurorluğun keçmiş işçisi yenidən məhkəmə qarşısında

Bölmə: Xəbər
Baş Prokurorluğun keçmiş işçisi yenidən məhkəmə qarşısındaBakı Apelyasiya Məhkəməsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin həbsdə olan sabiq əməkdaşı Vüsal Müslümov və onun tanışı Sergey Biserovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayəti üzrə ilkin dinləmə olub. Məhkəmə baxışı fevralın 11-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Müslümov 12 il, Sergey Biserov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler