» » Şəkidə ev yandı

Şəkidə ev yandı

Bölmə: Xəbər
Şəkidə ev yandıŞəki rayonunda fərdi yaşayış evi yanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) apa-ya verilən məlumata görə, yanğın hadisə bu gün saat 05:23 radələrində rayonun Baş Göynük kəndində, Əsgər Məhəmməd oğlu Abdulkərimova məxsus, birmərtəbəli ümumi sahəsi 63 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evində baş verib.

Hadisə yerinə FHN-in Şəki rayon DYMH-in texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin yanar konstruksiyaları və 2 otaq ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Evin bir otağı yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Şəki Rayon DYMH-də araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler