» » Ermənilər iriçaplı silahlarla 87 dəfə atəşkəsi pozdu

Ermənilər iriçaplı silahlarla 87 dəfə atəşkəsi pozdu

Bölmə: Xəbər
Ermənilər iriçaplı silahlarla 87 dəfə atəşkəsi pozduCəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 87 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən aznews.az-a verilən məlumata görə, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar, Voskevan, İcevan rayonunun Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Cəvahirli, Qaraqaşlı, Şuraabad, Sarıcalı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler