» » Azərbaycanda oğurlanmış nömrə başqa maşında aşkar edildi

Azərbaycanda oğurlanmış nömrə başqa maşında aşkar edildi

Bölmə: Xəbər
Azərbaycanda oğurlanmış nömrə başqa maşında aşkar edildiAzərbaycanda qaçırılmış avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları başqa maşında aşkar edilib.


avtolent.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Pərviz Babayevə məxsus BMW markalı avtomobilin ötən ilin noyabrın 30-da oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “VAZ-2107” markalı avtomobilin yanvarın 20-də C.Qurbanov küçəsində hərəkətdə olması aşkar edilib.



DİN-in Təhlükəsiz Şəhər Xidməti, Çevik Polis Alayı və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində avtomobil saxlanılıb, onun Bakı şəhər sakini Kamran Mürsəlov tərəfindən idarə edilməsi müəyyən edilib.



Avtomobilin yük yerinə baxış zamanı oradan qeyd edilən “VAZ-2107” markalı avtomobilə, həmçinin İsveçrə və Birləşmiş Ərəb Əmirliklərinə aid dövlət qeydiyyat nişanları da aşkar edilərək götürülüb.



Araşdırmalar zamanı qeyd edilən avtomobilin Hüseyn Hüseynliyə məxsus olması və yanvarın 20-nə keçən gecə yaşadığı Əmircan qəsəbəsindən qaçırılması da müəyyən edilib.



Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler