» » Bakıda parkda meyit tapıldı

Bakıda parkda meyit tapıldı

Bölmə: Xəbər
Bakıda parkda meyit tapıldıYanvarın 19-u Səbail rayonu 20-ci sahədə yerləşən Veteranlar parkında meyit akar edilib
ANS TV-nin məlumatına görə, təxminən 60-65 yaşlarında naməlum kişi meyidinin əlamətləri belədir: boyu 163 santimetr, arıq bədən quruluşlu, saçlarının rəngi ağarmış, gözlərinin rəngi qara.

Xüsusi əlamətləri: üst çənəsində 2 ədəd, alt çənəsində yeddi ədəd dişi var. Əynində: qəhvəyi rəngli dəri gödəkçə, qara rəngli sarı zolaqları olan idman geyimi, tünd göy rəngli cins şalvar, boz rəngli iç geyim, qara rəngli yun corab var.

Yuxarıda göstərilənləri nəzərə alaraq, şəkildə gördüyünüz şəxsi tanıyanlardan Səbail Rayon Polis İdarəsi və ya 8-ci polis bölməsinə məlumat vermələri xahiş olunur.

Şəkidəki şəxsi tanıyanlar məlumatlarını 012-492-02-02 şəhər, 055-844-60-60, 050-636-60-60, mobil nömrələrinə də zəng edərək verə bilərlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler