» » Şəkidə polisi

Şəkidə polisi döydülər

Bölmə: Xəbər
Şəkidə polisiŞəkidə bir qrup şəxs polisi döyüb
İslamazeri.az-ın Daxili İşlər Nazirlıiyinə istinadla verdiyi məlumata görə, hadisə yanvarın 19-da saat 20 radələrində Şəki şəhərində baş verib.

Şəxsiyyəti məlum olmayan 3 nəfər şəhər sakini Akif Zamanovu döyərkən yaxınlıqda olan ŞRPŞ Post-Patrul Xidməti Taqımının əməkdaşı, polis serjantı Famil Səmədov (xidmətdən kənar vaxtı) özünü təqdim edərək onları intizama dəvət edib.

Lakin həmin şəxslər tabeçilik göstərməyib və polis serjantı F.Səmədova fiziki zor tətbiq ediblər.

Daha sonra F.Səmədov xəstəxanaya yerləşdirilib. Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Baqiyev və Fuad Babayev tutulub. Əvvəllər məhkum olunmuş Natiq Rəhimov müəyyən edilib.

V.Baqiyevin və F.Babayevin orta dərəcəli sərxoş vəziyyətdə olmaları müəyyən edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler