» » İtkin düşən yeniyetmə tapıldı

İtkin düşən yeniyetmə tapıldı

Bölmə: Xəbər
İtkin düşən yeniyetmə tapıldıBakıda itkin düşən yeniyetmə oğlan tapılıb.

9-cu Polis Bölməsindən lent.az-a verilən məlumata görə, itkin düşən 14 yaşlı Həsənov Vəzir Azər oğlunun yeri valideynlərinin səyi nəticəsində aşkarlanıb.

Bölmədən bildirilib ki, valideynləri yeniyetmənin tapılması ilə bağlı hüquq-mühafizə orqanlarını məlumatlandırıblar.

Xatırladaq ki, Səbail rayonu, Neftçilər prospekti 71 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Vəzirov Azər Vəkilhüseyn oğlu bildirib ki, oğlu naməlum şəraitdə yoxa çıxıb. 9-cu Polis Bölməsinə müraciət edən paytaxt sakini qeyd edib ki, oğlu, 2001-ci il təvəllüdlü Həsənov Vəzir Azər oğlu Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 10 saylı internat məktəbində yaşamaqla təhsil alır. 14 yaşlı oğlan yanvarın 5-də atasının evini internata getmək üçün tərk edib. Lakin o, məktəbə gedib çıxmayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler