» » Azərbaycanda məktəbli qız qaçırıldı

Azərbaycanda məktəbli qız qaçırıldı

Bölmə: Xəbər
Azərbaycanda məktəbli qız qaçırıldıEvlənmək üçün 16 yaşlı qızı qaçıranları polis saxlaya bilib
Ucar rayonunda məktəbli qızı qaçıranlar saxlanılıblar.

anspress-in verdiyi məlumata görə, şagirdi oğurlayan 3 nəfəri Ucar polisi isti izlərlə saxlayıb. Hadisə Ucar rayon Yuxarı Şilan kəndində baş verib. Belə ki, kənd sakini 16 yaşlı Minəxanım Mikayılova məktəbə gedərkən oğurlanıb.

Həmin kənd sakini Əfsuz Allahverdiyev və onunla birlikdə iki xalası oğlu qızı sonuncuya məxsus olan avtomobilə məcburi mindirərək naməlum istiqamətə aparıblar. Qızının qaçırıldığını bilən atası Nizami Mikayılov dərhal DİN-in 102 qaynar xəttinə və Ucar Rayon Polis Şöbəsinə məlumat verib.

Məlumata görə, Ə.Allahverdiyev 11-ci sinif şagirdini evlənmək məqsədi ilə qonşu rayona qaçırıb. O, polisin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Zərdab rayon istiqamətinə gedərkən saxlanılıb.

Əfsuz Allahverdiyevin sözlərinə görə, onların əvvəldən də qohumluq əlaqəsi olub. Valideynlərini qaçırdığı qız üçün el adəti ilə elçi göndərsə də Minəxanımın atası razılıq verməyib. Razılıq olmadığını görən Əfsuz xalası oğlu, Yuxarı Şilyan kənd sakini Rusif Dadaşov və onun qardaşı Hüseyn Dadaşovla Minəxanımı qaçırtmaq qərarına gəlib.

Tutduğu əməldən peşmanlıq hissi keçirən Əfsuz qızın valideynlərindən üzr istəyib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində AR CM-nin 144.2.3 və 144.3-cü maddələri (adam oğurluğu) ilə cinayət işi başlanılıb və Ucar rayon Məhkəməsinin qərari ilə hər üç şəxsin barəsində 4 ay müddətində həbs qəti imkan tədbiri seçilib, hazırda istintaq aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler