Moskva İravana düşməndi

Bölmə: Xəbər, Dünya
Moskva İravana Bizim üçün dəqiq aydındır ki, şəxsən Vladimir Putin bizim müttəfiqimiz deyil.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə erməni jurnalist Romella Mnasakanyan Gümrü hadisələrinə həsr etdiyi məqaləsində bildirib.

“Faktiki olaraq bizim müstəqilliyi sökdü. Putinin dövründə Ermənistanı xalqın yox, Kremlin adamları idarə edir və Rusiya rəsmiləri açıq-aydın erməni dövlətçiliyini ələ salır”, - deyə jurnalist vurğulayıb.

Jurnalistin dediyinə görə, artıq ermənilər istənilən rus əsgərin ölümünə sevinirlər: “Çünki hər bir ölən rus hərbçisinin şəxsində Valeri Permyakovu görürük. Şərti Permyakovun peyda olmasında təəccüblü heç nə yoxdur. Bu, Ermənistan vətəndaşlarına qarşı özü bildiyi kimi davranan tipik rusiyalı obrazıdır”.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Əslində ermənilərin bu vay-şivəni Rusiyadan əlavə nələrsə qoparmaq naminədir. Hətta erməni müxalifəti belə Rus qoşunlarının getməsini istəmir. Ermənistanın ən böyük müxalifət partiyası "Çiçəklənən Ermənistan"ın nümayəndələri Gümrüyə gedərək camaatı sakitləşdirməyə çalışırdılar və bildirirdilər ki, Rusiya ordusu Ermənistanın təhlükəsizliyinin dayağıdır.


Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler