» » Ötən il Bakıda oğurlanmış avtomobillərdən 40-ı tapılmayıb

Ötən il Bakıda oğurlanmış avtomobillərdən 40-ı tapılmayıb

Bölmə: Xəbər
Ötən il Bakıda oğurlanmış avtomobillərdən 40-ı tapılmayıbÖtən il Bakıda oğurlanmış avtomobillərdən 40-nın tapılması istiqamətində əməliyyat tədbiləri davam etdirilir. Bunu trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, 2014-cü ildə paytaxtda nəqliyyat vasitələrinin oğurlanması və ya qaçırılması ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə 131 məlumat daxil olub: "Aparılmış əməliyyat tədbirləri nəticəsində onlardan 91 avtomobil tapılıb. Digər 40 avtomobilin tapılması istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, hələlik tapılmayan avtomobillər əsasən ötən ilin oktyabr-dekabr aylarında oğurlanan və ya qaçırılan avtomobillərdir".

V.Əsədov qeyd edib ki, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş tədbirlər nəticəsində qaçırılmış avtomobillərdən 24-ü məhz yol polisi əməkdaşları tərəfindən tapılıb. Bundan əlavə, 8 nəfər axtarışda olan cinayətkar, cinayəti törətməkdə şübhəli bilinən 1 şəxs aşkar edilib. Yol polisləri həmçinin 6 halda narkotik vasitələr və 1 halda odlu silah aşkar edərək götürüblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler