» » ABŞ-la bağlı dinləmələr keçirilir - Ən son

ABŞ-la bağlı dinləmələr keçirilir - Ən son

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
ABŞ-la bağlı dinləmələr keçirilir - Ən sonBu gün Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən “ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələr keçirilir.
Xalqinfo.az Publika.az-a istinadən bildirir ki, tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, ABŞ-dakı qurumlar Azərbaycana qarşı bir sıra addımlar atır. Onun sözlərinə görə, bu, Azərbaycanda narahatlıq yaradır: “QHT-lərin müraciətləri əsasında belə bir dinləmələr keçirməyə qərar verdik. Öz ölkəsində insan haqlarını pozan, Quantanamo kimi həbsxanalar saxlayan ABŞ nə üçün Azərbaycanı hədəf seçib? Azərbaycan starteji müttəfiq kimi bütün öhdəlikləri yerinə yetirib. Belə olan halda geosiyasi tənqidlərin olmasını qəbul edə bilmərik. Ermənistan Avrasiya İttifaqına qəbulla bağlı geosiyasi qərar verdi. Amma Qərbdə bununla bağlı heç bir reaksiya olmadı”.

A.Quliyev deyib ki, keçmiş ABŞ diplomatları Azərbaycana qarşı çağırışlar edirlər: “Halbuki onların arxasında hansı gücün dayandığı hər kəsə bəllidir. Azərbaycan bu gün bütün hallarda müstəqil siyasət yürütmək yolunu tutub və bu da davam edir”.

“ABŞ-da etnik, irqi və dini zəmində ayrıseçkilik: ksenofobiya və islamofobiya təzahürlərinin güclənməsi” mövzusunda çıxış edən millət vəkili Zahid Oruc deyib ki, Amerikadan maaş alanlardan fərqli olaraq, bu tədbirdə ictimaiyyət nümayəndələri içtirak edir: “Amerika-Azərbaycan münasibətləri bir çox məsələlərdə xəyal qırıqlığına uğradı. Ceferson konstitusiyanı yazarkən orada hər kəs bu qanun qarşısında bərabər tutulurdu. Lakin həmin vaxt onun 200 qulu var idi. Hazırkı dövrdə isə Martin Lüter Kinqin ölümündən sonra bir çox qanunlar qəbul edildi, ancaq dini, irqi problemlər qaldı. Eləcə də qaradərili ailələrin uşaq götürməsi ilə bağlı icazə 1996-cı ildə baş tutdu. Dərsliklərin böyük hissəsində qaradərililəri aşağılayan fikirlər qalmaqdadır. Bu seçim öz-özlüyündə onların ümumi durumuna təsir edir. Təəssüflər olsun ki, belə problemlər qalmaqdadır. Daxildə silah alışı davam etməkdədir”.

Z.Oruc deyib ki, ABŞ-da 7 milyon müsəlman var: “11 sentyabr hadisələrindən sonra onlar qorxu içindədir. Qorxu bu gün hələ də davam edir”.
ABŞ-la bağlı dinləmələr keçirilir - Ən son
ABŞ-la bağlı dinləmələr keçirilir - Ən son
ABŞ-la bağlı dinləmələr keçirilir - Ən son
ABŞ-la bağlı dinləmələr keçirilir - Ən son
ABŞ-la bağlı dinləmələr keçirilir - Ən son
ABŞ-la bağlı dinləmələr keçirilir - Ən son
ABŞ-la bağlı dinləmələr keçirilir - Ən son

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler