» » Gəncədə yeni velosiped zolağı salınır

Gəncədə yeni velosiped zolağı salınır

Bölmə: Xəbər
Gəncədə yeni velosiped zolağı salınırGəncədəki Heydər Əliyev park-kompleksində uzunluğu 5 kilometr olan daha bir velosiped zolağının salınmasına başlanılıb.

Şəhər park-xiyaban istismar mühafizə idarəsinin rəisi İlyas Məmmədov Azərtac-a eksklüziv müsahibəsində deyib ki, hazırda Gəncədə iki velosiped zolağı fəaliyyət göstərir. Bu zolaqlardan biri Qala arxeologiya və etnoqrafiya muzeyinin qarşısından şəhərədək olan 7 kilometrlik məsafədə, ikincisi isə Heydər Əliyev park-kompleksindədir.

İdarənin rəisi sakinlərin bu zolaqlardan istifadəsi üçün 30 ədədə yaxın xüsusi velosipedlərin olduğunu bildirib. Qeyd edib ki, həmin velosipedlər həvəskarlara qısa müddətə kirayəyə verilir. Əhalinin ehtiyacları nəzərə alınaraq artıq Heydər Əliyev park-kompleksində daha bir zolağın salınmasına başlanılıb. Yaxın günlərdə şəhər sakinləri və qonaqlar bu zolaqdan da istifadə etmək imkanı qazanacaqlar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler