» » İlham Əliyev Əhməd Davudoğlu ilə görüşdü

İlham Əliyev Əhməd Davudoğlu ilə görüşdü

Bölmə: Xəbər
İlham Əliyev Əhməd Davudoğlu ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.


“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Ölkələrin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulanıb. Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirilib. Ölkələr arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Sonra Azərbaycan prezidenti və Türkiyənin baş naziri birgə nahar ediblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler